Horadiz-Mincivan-Ermənistan sərhədi istiqamətində yol tikintisi layihəsi hazırlanır
Tarix: 24-12-2020 15:12 | Bölmə: İqtisadiyyat
Horadiz-Mincivan-Ermənistan sərhədi istiqamətində yol tikintisi layihəsi hazırlanır

Hazırda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA), digər yerli şirkət və iki Türkiyə şirkəti tərəfindən Şuşa şəhəri istiqamətində yol tikintisi üzrə genişmiqyaslı iş aparılır.

Reyting.az
xəbər verir ki, AAYDA-nın mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli “Trend” deyib ki, layihə 5 hissəyə bölünüb:

"Dağlıq, çətin keçilən ərazilərdə, eləcə də meşə massivləri olan ərazilərdə yerləşən yolların tikintisi ilə bağlı iki hissədə işlər türk şirkətləri tərəfindən həyata keçirilir. Layihənin digər hissələri çərçivəsində işləri Azərbaycan şirkəti və bizim agentlik aparır".

A. Nəcəfli qeyd edib ki, paralel olaraq yolun genişləndirilməsi də həyata keçirilir:

"Tikinti işləri əvvəllər yolların olmadığı bölgədə aparılır. Buna görə də yol sahəsinin genişləndirilməsi məqsədilə qrunt işləri reallaşdırılır. Bunun üçün zəruri texnika və işçi qüvvəsi cəlb edilib".

Bundan başqa, Göygöl-Toğanalı, Kəlbəcər-İstisu, Kəlbəcər-Laçın, Horadiz-Mincivan-Ermənistan sərhədi istiqamətlərində yol tikintisi layihələri hazırlanır:

"Bu layihələr müvafiq dövlət orqanları tərəfindən təsdiq edilməlidir. İşğaldan azad edilmiş ərazilərdə yol tikintisi layihələri təsdiqləndikdən sonra qeyd olunan ərazilərdəki işlərə Türkiyə və yerli şirkətlər, eləcə də AAYDA cəlb olunacaq".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər