Akademik: “İcbari tibbi sığortaya bir milyard manatdan çox vəsait ayrılıb”
Tarix: 24-12-2020 16:04 | Bölmə: İqtisadiyyat
Akademik: “İcbari tibbi sığortaya bir milyard manatdan çox vəsait ayrılıb”

“Bu il səhiyyə sahəsinə 1 milyard 409 milyona vəsait ayrılıb. Büdcədə səhiyyə xərcləri 4,9 faizə çatdırılıb. 2021-ci ilin büdcə xərcində vəsaitin böyük qismi icbai tibbi sığortanın tətbiqinə yönəlib. Qeyd edim ki, 2020-ci ildə ölkənin 20 şəhər və rayonunda icbari tibbi sığorta tətbiq edilib. 2021-ci ilin yanvarın 1-dən artıq 36 rayon və şəhərimizdə, aprelin 1-dən isə Bakı və Sumqayıt da daxil olmaqla daha 7 rayon və şəhərlərində icbari tibbi sığorta tətbiq ediləcək”.

Reyting.az
xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Ə. Əmiraslanov əlavə edib ki, icbari tibbi sığortaya bütövlükdə bir milyard manatdan çox vəsait ayrılıb: “İnsanlarımız illərlə icbari tibbi sığorta xidmətini gözləyirdi. Hesab edirəm ki, bu, əhaliyə tibbi xidmətin səviyyəsinin yüksəldilməsinə səbəb olacaq”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər