Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları artıb
Tarix: 24-12-2020 17:40 | Bölmə: İqtisadiyyat
Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları artıb

Ötən həftə Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları 3,629 mlrd ABŞ dolları, yaxud 4,1% artaraq 91,806 milyard ABŞ dolları təşkil edib.

Bu barədə qurumun hesabatında bildirilir.

Məlumata görə, valyuta ehtiyatlarının 42,007 milyard ABŞ dolları qızıl ehtiyatlarının payına düşüb. Bu isə həftəlik müqayisədə 1,242 milyon ABŞ dolları, yaxud 3% çoxdur.

Hesabat dövründə müxtəlif aparıcı valyutalarda saxlanılan ehtiyatlar isə 2,387 mlrd ABŞ dolları, yaxud 5 % artaraq 49,799 milyard ABŞ dolları təşkil edib/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər