Azərbaycan və İran arasında güzəştli ticarət müqaviləsi imzalanacaq
Tarix: 24-12-2020 17:44 | Bölmə: İqtisadiyyat
Azərbaycan və İran arasında güzəştli ticarət müqaviləsi imzalanacaq

"Azərbaycan Respublikası ilə münasibətlərimizdə əngəllər aradan qaldırılır və qarşılıqlı əməkdaşlıq sahələri daha da asanlaşacaqdır".

Reyting.az
“IRNA”-ya istinadla xəbər verir ki, bunu İranın Bakıdakı səfiri Seyyid Abbas Musəvi bildirib.

Ölkəsinin Şərqi Azərbaycan vilayətinin rəsmiləri və iş adamları ilə videokonfrans formatında ünsiyyəti zamanı o, iranlı iş adamlarının Azərbaycan Respublikasının işğaldan azad edilmiş bölgələrində bərpa işlərinə cəlb edilməsi zərurətini dilə gətirib.

Azərbaycan XİN rəhbərinin bu yaxınlarda Tehrana etdiyi səfərə toxunaraq səfir bildirib: "Bütün görüşlərdə iki ölkə arasındakı yaxşı əlaqələrə, həmçinin, azad edilmiş ərazilərin yenidən qurulmasında ortaqlığa vurğu edilib”.

Musəvi əlavə edib: "Dünən İranla anlaşma memorandumu imzalamaqda, Azərbaycan Respublikası Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin rəhbəri ilə görüşdüm. Azərbaycan Respublikasında həyata keçirilməkdə olan dəmir yolu, sənaye şəhərciyi, əczaçılıq və s. kimi 15-ə yaxın milli layihəmiz var. Güzəştli ticarət müqaviləsinin imzalanmasına dair danışıqlar başa çatmaq üzrədir və yekun sənəd tezliklə imzalanacaqdır. Qarabağın azad edilmiş ərazilərində əkinçilik və heyvandarlıq sahəsi üçün əlverişli iqlim şəraiti var. Həmçinin, bu ərazilərdə təxminən 24 min hektar meşə sahəsi bərpa edilməlidir”.

Səfirin sözlərinə görə, Azərbaycan bu işlərin bir hissəsi üçün öz mənbələrindən istifadə edir: “Eyni zamanda, Dünya Bankı və Asiya banklarından və s. aşağı faizli kreditlər alır. Rəqabət, işin sürəti və keyfiyyəti, şirkətlərimizin Türkiyə, İtaliya, Almaniya və Amerika şirkətləri ilə işləyə bilməsi nəzərə alınmalıdır. Azərbaycan Prezidenti dost ölkələri, xüsusən də, İranı ərazilərin yenidən qurulmasında iştiraka dəvət edib. Layihəsi hazırlanan Azərbaycan Respublikasının 2021-ci il büdcəsində yenidənqurma üçün təqribən 2 milyard 200 min manat (1,3 milyard dollar) ayrılıb və digər mənbələr hesabına məbləğin 10 milyarda çatdırılması nəzərdə tutulub”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər