Daha 12 müəssisəyə Rusiyaya pomidor ixracına icazə verilib
Tarix: 24-12-2020 21:45 | Bölmə: İqtisadiyyat
Daha 12 müəssisəyə Rusiyaya pomidor ixracına icazə verilib

Azərbaycandan Rusiyaya ixrac olunan bəzi qida məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumlarla birgə zəruri tədbirlər davam etdirilir.

Reyting.az
AQTA-ya istinadla xəbər verir ki, məsələ ilə bağlı AQTA və Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") ilə aparılan müzakirələr nəticəsində 24 dekabr tarixində daha 12 müəssisədən - "Suliddinoğlu Kəndli Fermer Təsərrüfatı" MMC, "Səma Agro" MMC, "Xızı Aqropark" MMC, "ART GREEN" MMC, Abbasov Elman Davud oğlu, Ələsgərova Lamiyə Eyvaz qızı, Ələsgərov Elçin Teymur oğlu, Əsgərov Çingiz Cəmil oğlu, Quliyeva Aidə Əhməd qızı, Yusifov Çingiz Əmiralı oğlu, Məmmədov Vilayət Rüstəm oğlu, Məmmədov Həmid Behbud oğluna məxsus müəssisələrdən pomidor məhsulunun Rusiyaya ixracına icazə verilib.

Xatırladaq ki, bir neçə gün əvvəl Rusiyanın müvafiq qurumu tərəfindən 5 pomidor, 3 alma istehsalı müəssisəsindən də Rusiyaya məhsul ixracına icazə verilib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər