20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
ABŞ Ermənistandakı Rusiya şirkətinə sanksiya tətbiq edib
Tarix: 14-11-2022 22:36 | Bölmə: İqtisadiyyat
ABŞ Ermənistandakı Rusiya şirkətinə sanksiya tətbiq edib
ABŞ Maliyyə Nazirliyi Rusiya ilə əlaqəli hüquqi və fiziki şəxslərə sanksiya tətbiq edib.

Reyting.az
xəbər verir ki, onlar Rusiyanın hərbi sənayesinə yardım etməkdə ittiham olunur.

Ümumilikdə, sanksiyalar 14 fiziki şəxs və 28 qurumu əhatə edir.

Onların arasında Ermənistanda yerləşən şirkət də var.

“Milandr”ın Ermənistanda yerləşən filialı “Milur Electronics” MMC mikroçiplər istehsal etmək və xaricə satışlar həyata keçirmək məqsədi ilə yaradılıb. Şirkət Rusiyanın elektronika istehsalı sektorunda çalışır.

Eyni zamanda ABŞ Maliyyə Nazirliyi Ermənistanda yerləşən "Milur Electronics" MMC, İsveçrənin "Milur SA" və Tayvanın "Sharp Edge Engineering Inc" şirkətlərini qara siyahıya salıb. Hər üç şirkətin "Milandr" ilə əlaqəli olduğu vurğulanır.

“Birləşmiş Ştatlar Kremlin hərbi təchizat zəncirlərini ifşa etməyə və pozmağa davam edəcək. Rusiya Ukraynaya qarşı qeyri-qanuni müharibə aparmaq üçün lazım olan avadanlıq və texnologiyadan imtina etməlidir”, - deyə Maliyyə Naziri Canet Yellen bildirib.(APA)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər