20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Azərbaycan və EBRD arasında Anlaşma Memorandumu imzalanacaq
Tarix: 15-11-2022 15:10 | Bölmə: İqtisadiyyat
Azərbaycan və EBRD arasında Anlaşma Memorandumu imzalanacaq

Energetika Nazirliyi və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) arasında Azərbaycanın elektroenergetika sektorunun inkişafı ilə bağlı texniki dəstəyə dair Anlaşma Memorandumunun imzalanması nəzərdə tutulur.

Reyting.az
xəbər evrir ki, bu, nazir müavini Samir Vəliyev ilə EBRD-inin Qafqaz üzrə regional direktoru Katarina Bjorlin Hansenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü zamanı bildirilib.

Görüş zamanı Anlaşma Memorandumu ətrafında fikir mübadiləsi aparılıb və sənədin yaxın gələcəkdə imzalanmasına dair razılıq əldə olunub.

Görüşdə Azərbaycan və EBRD arasında elektroenergetika, bərpa olunan enerji və enerji səmərəliliyi sahələrinin inkişafı istiqamətində mövcud əməkdaşlıq və gələcək perspektivlər müzakirə edilib.

Bankla birgə həyata keçirilən layihələrin icra vəziyyəti, aşağı karbonlu elektroenergetika sektorunun inkişafı, kiçik miqyaslı bərpa olunan enerji layihələri üzrə görülən işlər nəzərdən keçirilib, “Azərbaycan Respublikasında bərpa olunan enerji mənbələri üzrə hərracların keçirilməsinə dəstək layihəsi” çərçivəsində hazırlanan sənəd layihələri barədə məlumat mübadiləsi aparılıb.

Görüşdə, həmçinin işğaldan azad olunmuş ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi, bu ərazilərdə 2050-ci ilədək "sıfır emissiya" zonasının yaradılması, eləcə də dənizdə külək enerjisi layihələrinin reallaşdırılması istiqamətində görülən tədbirlərdən bəhs edilib. Bərpa olunan enerji sahəsində həyata keçirilməsi nəzərdə tutulan potensial enerji layihələri barədə müzakirələr aparılıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər