Tibbi sığorta xidmətləri daha bir il vergidən azad ediləcək
Tarix: 18-11-2022 11:52 | Bölmə: İqtisadiyyat
Tibbi sığorta xidmətləri daha bir il vergidən azad ediləcək

Parlament Azərbaycanda icbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi sığorta xidmətlərinin göstərilməsinin daha 1 il vergidən azad edilməsinə dair layihəni I oxunuşda qəbul edib.

Reyting.az
xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Hazırda qüvvədə olan məcəlləyə əsasən, icbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi sığorta xidmətlərinin göstərilməsi 2020-ci il yanvarın 1-dən 3 il müddətinə vergidən azaddır. Dəyişikliyə əsasən, həmin müddət 4 il olacaq.

Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}