Sahibkarlar Konfederasiyasında baş katib təyinatı olub
Tarix: 21-11-2022 16:55 | Bölmə: İqtisadiyyat
Sahibkarlar Konfederasiyasında baş katib təyinatı olub

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasına (ASK) baş katib təyin edilib.

Reyting.az
xəbər verir ki, sözügedən vəzifə Kristina Məmmədovaya həvalə olunub.

O, indiyə qədər həmin vəzifəni müvəqqəti icra edib.

ASK 1999-cu il martın 5-də təsis edilib, həmin il aprelin 9-da dövlət qeydiyyatından keçib. Qurum işəgötürənlərin ictimai birliyi olub, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq (dövlət büdcəsindən maliyyələşən təşkilatlar istisna olmaqla), sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin könüllülük əsasında faəliyyətini əlaqələndirən, onların hüquqi və iqtisadi mənafelərini müdafiə edən, özünüidarəedən, ictimai-faydalı məqsədləri daşıyan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-kommersiya, qeyri-hökumət təşkilatıdır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}