20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
İki şirkətin fəaliyyətində qanun pozuntuları aşkarlanıb
Tarix: 22-11-2022 10:10 | Bölmə: İqtisadiyyat
İki şirkətin fəaliyyətində qanun pozuntuları aşkarlanıb

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti duru və bərk yağ (marqarin, spred) məhsulları bazarının araşdırılması ilə əlaqədar tələb olunan sənəd və məlumatları təqdim etmədiyi üçün “Sun Food” və “Bakı Qida və Yağ Fabriki” MMC-lər barədə antiinhisar qanunvericiliyinin tələblərinin pozulması üzrə iş qaldırıb.

Dövlət Xidmətinin məlumatına görə, araşdırmalar “Antiinhisar fəaliyyəti haqqında” qanun və Nazirlər Kabinetinin “Antiinfliyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” 21 fevral 2022-ci il tarixli sərəncamı çərçivəsində aparılır.





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər