Bakıda daha 25 ədəd 12 metrlik avtobus xəttə buraxılacaq
Tarix: 22-11-2022 12:00 | Bölmə: İqtisadiyyat
Bakıda daha 25 ədəd 12 metrlik avtobus xəttə buraxılacaq

Azərbaycan Türkiyənin “Anadolu İsuzu” şirkətindən 25 ədəd 12 metrlik “İsuzu Citiport” markalı avtobus alıb.

Reyting.az
Bakı Nəqliyyat Agentliyinə istinadla bildirir ki, AVRO-6 standartlarına cavab verən avtobusların 15-i artıq paytaxta gətirilib. Daha 10 ədəd avtobus isə yaxın vaxtlarda Bakıya çatdırılacaq.

Yeni 15 avtobus 202 nömrəli müntəzəm marşrut xətti üzrə istismara buraxılacaq. Gündəlik 13 min nəfərdən artıq sərnişinin istifadə etdiyi həmin marşrut xətti üzrə avtobusların texniki vəziyyəti qənaətbəxş deyil. Bu xətt üzrə xidmət keyfiyyətinin artırılması ilə bağlı vətəndaşlardan çoxsaylı müraciətlər daxil olur. Yeni avtobusların istismara verilməsi Biləcəri qəsəbəsi istiqamətində sərnişindaşımaların daha rahat və təhlükəsiz formada təşkilinə imkan verəcək.

Gətiriləcək digər 10 ədəd avtobus isə 133 nömrəli xətt (Binəqədi qəsəbəsi-Gənclik m/st-sı) üzrə daşımalara cəlb olunacaq.

Son 7 ildə Bakıya 1 500 ədədə yaxın sərnişindaşıma tələblərinə cavab verən orta və iritutumlu avtobuslar gətirilərək istismara verilib. Ümumilikdə müntəzəm marşrut xətləri üzrə istismarda olan avtobusların 70%-i yenilənib. Avtobusların böyük əksəriyyəti dövlət investitisiyası hesabına alınıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}