20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Əli Əsədov Geoloji Kəşfiyyat Agentliyi ilə bağlı qərar imzalayıb
Tarix: 22-11-2022 20:01 | Bölmə: İqtisadiyyat
Əli Əsədov Geoloji Kəşfiyyat Agentliyi ilə bağlı qərar imzalayıb

"Geoloji Kəşfiyyat Agentliyi” publik hüquqi şəxsin Nizamnaməsi təsdiq edilib.

Reyting.az
xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:

Azərbaycan Respublikasının ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub bölməsində geoloji tədqiqatları təşkil etmək, yer təkinin öyrənilməsi ilə əlaqədar işləri həyata keçirmək və müvafiq xəritələrin tərtib edilməsində iştirak etmək;

faydalı qazıntı yataqlarının, o cümlədən yeraltı su ehtiyatlarının axtarışı, qiymətləndirilməsi və kəşfiyyatını təşkil etmək;

sənaye və mülki tikinti obyektlərinin ərazisində mühəndisgeoloji və geo-ekoloji öyrənilmə istiqamətində işləri təşkil etmək;

müvafiq sahədə müşahidə və qiymətləndirilmələrin aparılmasını təşkil etmək və faydalı qazıntı ehtiyatlarının müəyyən edilməsində iştirak etmək;

müvafiq sahənin inkişafını təmin etmək;

bu Nizamnamə ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.

Agentliyin İdarə Heyətinin tərkibi 3 üzvdən – Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin vəzifəyə təyin və vəzifədən azad etdiyi İdarə Heyəti sədrindən və onun 2 müavinindən ibarətdir. İdarə Heyətinin sədri müvəqqəti olmadıqda onun səlahiyyətlərini müvafiq əmrlə İdarə Heyəti sədrinin müavinlərindən biri icra edir.

Agentliyin nizamnamə fondu 1 milyon 223 min 88 manatdır.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər