20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
“Bakı Ayaqqabı Fabriki” özəlləşdirilib
Tarix: 23-11-2022 13:12 | Bölmə: İqtisadiyyat
“Bakı Ayaqqabı Fabriki” özəlləşdirilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) “Bakı Ayaqqabı Fabriki” ASC-nin səhmlərinin 85 %-nin və əmək kollektivi üzvlərinə səhmlərin güzəştlə satışından qalan hissəsinin satışı üzrə elan etdiyi investisiya müsabiqəsinə yekun vurub.

Bunu jurnalistlərə açıqlamasında ƏMDX-nın Özəlləşdirmə şöbəsinin rəhbəri Əziz Mirzəyev bildirib.

Bununla belə, o, müsabiqənin qalibinin hansı şirkət olduğunu açıqlamayıb: "Qalib rəqabətli hərrac şəraitində müəyyən olunub. Müsabiqənin nəticələri yaxın günlərdə ictimaiyyətə açıqlanacaq".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər