20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
DSMF-nin büdcəsinə dair qanun layihəsi qəbul edilib
Tarix: 25-11-2022 13:54 | Bölmə: İqtisadiyyat
DSMF-nin büdcəsinə dair qanun layihəsi qəbul edilib

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun (DSMF) 2023-cü il büdcəsi haqqında” qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Reyting.az 
xəbər verir ki, layihədə növbəti ildə Fondun həm gəlir, həm xərc hissəsi 6,3 milyard manat məbləğində nəzərdə tutulub.

Gələn il orta aylıq pensiyanın məbləği 423 manat, yaşa görə pensiyanın məbləği 455 manat, əlilliyə görə pensiya 369 manat, ailə başçısını itirməyə görə pensiyanın məbləğinin isə 374 manat olacağı proqnozlaşdırılır.

Müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq II oxunuşda qəbul olunub.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər