20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
“Fitch" İpoteka və Kredit Zəmanət Fondunun reytinqini təsdiqləyib
Tarix: 25-11-2022 16:54 | Bölmə: İqtisadiyyat
“Fitch" İpoteka və Kredit Zəmanət Fondunun reytinqini təsdiqləyib

“Fitch" beynəlxalq reytinq agenttliyi İpoteka və Kredit Zəmanət Fondunun xarici və yerli valyutada uzunmüddətli reytinqini ölkə reytinqinə bərabər səviyyədə - “BB+" olmaqla təsdiqləyib.

Reyting.az
Fonda istinadən xəbər verir ki, reytinq üzrə proqnoz "Müsbət"dir.

"Fitch" qərarında Fondun dövlətə məxsus olmasını, yaradıldığı gündən onun fəaliyyətinə ciddi nəzarət edilməsini və davamlı dəstəklənməsini, ölkənin sosial-iqtisadi siyasətində strateji əhəmiyyətə malik olmasını nəzərə alıb. Agentlik Fondun qeyri-kommersiya missiyasına baxmayaraq, yüksək maliyyə dayanıqlılığını, aktivlərin keyfiyyətini, likvidlik mövqeyini xüsusi qeyd edib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər