Şahbaz Şərifdən Azərbaycana mesaj: "İki qardaş ölkə əlaqəni daha da inkişaf etdirəcək"
Tarix: 26-11-2022 17:02 | Bölmə: İqtisadiyyat
Şahbaz Şərifdən Azərbaycana mesaj: "İki qardaş ölkə əlaqəni daha da inkişaf etdirəcək"

“Azərbaycan prezidenti İlham Əliyevə Pakistandan düyü idxalının beş il müddətinə vergidən azad edilməsini təsdiqlədiyinə görə təşəkkür edirəm”.

Reyting.az
xəbər verir ki, bunu Pakistanın baş naziri Şahbaz Şərif paylaşımında qeyd edib: “İki qardaş ölkə avtomobil yolu, dəmir yolu və Qvadar limanı vasitəsilə iqtisadi əməkdaşlığı və əlaqəni inkişaf etdirməyə çalışacaq”.

Qeyd edək ki, Azərbaycan hökuməti Pakistandan düyü idxalını 2027-ci il dekabrın 31-dək gömrük rüsumundan azad edib. Bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik olunub.




Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}