20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Aksizli malların idxalı, istehsalı, satışı və dövriyyəsinə vergi nəzarəti artırılacaq
Tarix: 29-11-2022 12:24 | Bölmə: İqtisadiyyat
Aksizli malların idxalı, istehsalı, satışı və dövriyyəsinə vergi nəzarəti artırılacaq

Milli Məclis aksizli malların idxalı, istehsalı, satışı və dövriyyəsinə vergi nəzarətinin təmin olunmasına dair layihəni qəbul edib.

Reyting.az
xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsində dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişiklik layihəsinin aksizli və məcburi nişanlama ilə nişanlanmalı malların dövriyyəsinin tənzimlənməsi, bu malların idxalı, istehsalı, satışı və dövriyyəsinə vergi nəzarətinin təmin edilməsi məqsədilə hazırlandığı qeyd olunub.

Bunun da öz növbəsində kölgə iqtisadiyyatının aradan qaldırılmasında, aksizli malların və aksiz markalarının saxtalaşdırılmasının qarşısının alınmasında və son nəticədə istehlakçıların hüquqlarının qorunmasında mühüm rola malik olacağı müzakirə edilib.

Məcəlləyə təklif edilən digər dəyişikliklə Azərbaycan Respublikasında istehsal edilən, yaxud ölkəyə idxal olunan aksiz markası ilə markalanmalı olan malların siyahısı, Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi, aksiz markalarının hazırlanması üçün sifarişin verilməsi, onların tətbiqi, satışı və uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək. Aksiz markalarının hazırlanması, onların vergi ödəyicilərinə verilməsi və uçotunun aparılması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təşkil edilir. Belə aksizli malları markasız idxal etmək, saxlamaq (şəxsi məqsədlər üçün istisna olmaqla) və ya satmaq qadağan olacaq. Bu qaydaların tələblərini pozan şəxs Vergi Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyacaqlar.

Dəyişiklik layihəsi Ill oxunuşda qəbul edilib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər