Baş Gömrük İdarəsi Vüqar Əliyevə tapşırılıb - Foto
Tarix: 29-11-2022 12:30 | Bölmə: İqtisadiyyat
Baş Gömrük İdarəsi Vüqar Əliyevə tapşırılıb

Naxçıvan Baş Gömrük İdarəsinin rəisi vəzifəsi Vüqar Əliyevə tapşırılıb.

Reyting.az
xəbər verir ki, Naxçıvan Baş Gömrük İdarəsinin rəisi vəzifəsinin müvəqqəti icrası Dövlət Gömrük Komitəsinin Sosial İnnovasiyalar və Analitik Təhlil İdarəsinin rəisi, gömrük xidməti polkovniki Vüqar Əliyevə tapşırılıb.

Qeyd edək ki, dünən prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamənin və komitənin strukturunun təsdiq edilməsi barədə” fərmanında dəyişiklik edilməsi barədə fərmana əsasən, Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi ləğv edilib. Əvəzində Naxçıvan Baş Gömrük İdarəsi yaradılıb. Həmin idarə isə Dövlət Gömrük Komitəsinin strukturuna daxil edilib.


Vüqar Əliyev




Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}