18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Pərviz Şahbazov Əlcəzairin baş naziri ilə görüşüb - Foto
Tarix: 30-11-2022 09:41 | Bölmə: İqtisadiyyat
Pərviz Şahbazov Əlcəzairin baş naziri ilə görüşüb

Əlcəzair Xalq Demokratik Respublikasının Baş naziri Aymin Benəbderəhman Azərbaycanın energetika naziri Pərviz Şahbazovu qəbul edib.

Bu barədə Reyting.az-a Energetika Nazirliyindən məlumat verilib.

Baş nazir Azərbaycan prezidentinin Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında iştirakını iki ölkə arasında yüksək münasibətlərin göstəricisi kimi qiymətləndirib və Əlcəzair prezidenti Abdelmacid Tebbunun salamlarını dövlət başçısına çatdırmağı xahiş edib.

Energetika naziri Pərviz Şahbazov isə bildirib ki, Əlcəzairlə hərtərəfli, o cümlədən enerji əməkdaşlığının inkişaf etdirilməsinə Azərbaycan prezidenti tərəfindən xüsusi diqqət yetirilir. Bu səfər çərçivəsində aparılan ikitərəfli müzakirələr və neft-qaz sahəsində imzalanan əməkdaşlıq sənədi məhz bu siyasətin həyata keçirilməsinə xidmət edir.

Görüşdə Azərbaycan ilə Əlcəzairin iqtisadi əlaqələrinin inkişafının vacibliyi vurğulanıb. Enerji sahəsində əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb və bu sahədə irəliləyişlərə nail olmaq üçün Əlcəzair hökuməti tərəfindən zəruri dəstəyin göstəriləcəyi qeyd edilib.





Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}