20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Pensiyalar artırılacaq
Tarix: 05-12-2022 11:49 | Bölmə: İqtisadiyyat
Pensiyalar artırılacaq

"Azərbaycan hökuməti ölkə vətəndaşlarının yaxşı pensiya almasında maraqlıdır".

Reyting.az
xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, pensiya yaşının süni şəkildə artırılıb-azaldılması böyük problemlər yarada bilər:

"Bizdə ömür uzunluğu dinamikası müsbətdir və pensiya fondunun maliyyə vəziyyəti yaxşıdır. Biz də maraqlıyıq ki, insanlar pensiyaya çıxanda yaxşı pul alsınlar. Əvvəllər 12 il işləyən adama 25 faizlə pensiya haqqı tanınırdı. Bu gün normal pensiya almaq üçün 35 il işləməlisən, üstəlik, işləməklə yanaşı pensiya fonduna da pul köçürməlisən. Təklif edirəm ki, bu məsələ ilə bağlı seminar təşkil edək, mövzunu deputatlarla müzakirə edək. Bu, ciddi məsələdir. Gələn il pensiya fondu xərcləri 15 faizdən çox indeksasiya ediləcək”.

Nazir diqqətə çatdırıb ki, hər il pensiyalar üzrə indeksasiya aparılır. Bu il inflyasiya da var. Buna görə də inflyasiyanın təsirləri pensiyaçılara kompensasiya edilməlidir.

S. Şərifovun sözlərinə görə, 2018-2019-cu illərdə minimum əmək haqqı 130 manatdan 200 manata çatdırılıb ki, bu paket də 4 milyard manata başa gəlib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər