20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Bank hesabları və kartları olanlara daha bir xəbərdarlıq: "Ehtiyatlı olun!"
Tarix: 08-12-2022 11:40 | Bölmə: İqtisadiyyat
Bank hesabları və kartları olanlara daha bir xəbərdarlıq: "Ehtiyatlı olun!"

Azərbaycanda dələduzlar bankların çağrı mərkəzlərinin telefon nömrələrinə (adətən 3 rəqəmli) oxşar nömrələrdən bank müştərilərinə kredit məhsullarının təklifləri ilə bağlı zəng edir.

Reyting.az
xəbər verir ki, bu barədə Azərbaycan Banklar Assosiasiyası məlumat yayıb.

Bildirilib ki, bank adından çıxış edən dələduzlar yeni kredit məhsulunun təklifi adı altında müştəriyə aid müxtəlif məlumatları əldə edərək sonradan şəxsi mənafeyləri naminə istifadə edirlər: "Bank hesablarına və bank kartlarına sahib olan şəxslər bu kimi dələduzluq hallarına qarşı sayıq və ehtiyatlı olmalı, fərdi və ödəniş kartlarına dair məlumatları heç bir halda üçüncü şəxslərə təqdim etməməlidirlər. Bu növ dələduzluq halları ilə qarşılaşdığınız təqdirdə dərhal müştərisi olduğunuz bankla əlaqə saxlamağınızı xahiş edirik".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər