20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Avropada təbii qaz bahalaşıb
Tarix: 08-12-2022 14:46 | Bölmə: İqtisadiyyat
Avropada təbii qaz bahalaşıb

Avropada yanvar ayı üçün təbii qaz fyuçersləri 5%-dən çox bahalaşaraq 1 000 kubmetr üçün 1 700 ABŞ dolları səviyyəsində ticarət olunur.

Məlumata görə, TTF (Avropadakı ən böyük hab, Niderlandda yerləşir) indeksi üzrə yanvar fyuçersləri 1 696,3 ABŞ dollarından ticarətə başlayıb. Sonra fyuçerslər 1 707,4 dollara (+5,4%) yüksəliblər. Kotirovkaların dinamikası çərşənbə gününə olan hesablaşma qiymətinə əsaslanır - hər min kubmetr üçün 1 620,4 dollar.

Eyni zamanda, spot bazarda qiymətlər də yüksəlir və indi fyuçers bazarındakı qiymətlərlə müqayisə oluna bilər, halbuki bir ay əvvəl onlar bir neçə dəfə aşağı idi. EEX birjasının məlumatlarına görə, çərşənbə günü “bir gün əvvəldən” - dekabrın 8-nə çatdırılma ilə müqavilənin dəyəri 1 615,2 dollara (+6,8%) yüksəlmişdi.

Qeyd edək ki, Avropada küləkdən elektrik enerjisi istehsalının azalması və soyuq hava fonunda təbii qazın qiyməti artır.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər