20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Fitch: "FED, ECB və İngiltərə Bankı uçot dərəcəsini artıracaq"
Tarix: 09-12-2022 10:39 | Bölmə: İqtisadiyyat
Fitch: "FED, ECB və İngiltərə Bankı uçot dərəcəsini artıracaq"

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Amerika Birləşmiş Ştatlarının Federal Ehtiyatlar Sistemi (FED), Avropa Mərkəzi Bankı (ECB) və İngiltərə Bankının (BOE) uçot dərəcəsini artıracağını müəyyən edib.

"APA-Economics" xəbər verir ki, bu barədə Agentliyin "Qlobal İqtisadi Baxış" hesabatının dekabr sayında bildirib. "Fitch" hesab edir ki, FED dekabr ayında faiz dərəcəsini dekabr ayında 25 faiz bəndi artıracaq. Eyni zamanda, gələn ilin həm fevral, həm də mart aylarında yığıncağı zamanı uçot dərəcəsini 25 faiz bəndi artıraraq faiz dəhlizinin yuxarı həddini 5%-ə çatdıracaq.

"Fitch" ECB-nin faiz dərəcəsini dekabr ayında 50 bənd artıraraq 2,5%-ə, İdarə Heyətinin gələn ilin həm fevral, həm də mart aylarında iclaslarında 25 bənd artıraraq 3%-ə çatdıracağını proqnozlaşdırıb. Agentlik həmçinin hesab edir ki, İngiltərə Bankı (BOE) dekabr ayında uçot dərəcəsini 50 bənd artıraraq 3,5%-ə, gələn ilin ikinci rübündə isə 125 bənd artıraraq 4,75%-ə çatdıracaq.

"Fitch"in proqnozuna görə, FED, ECB və BOE üzrə 2024-cü ilə kimi uçot dərəcəsində azalma gözlənilmir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər