20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Baş nazir: "İkirəqəmli inflyasiya ərzağın 60%-dən çox bahalaşması hesabına formalaşıb"
Tarix: 09-12-2022 13:41 | Bölmə: İqtisadiyyat
Baş nazir: "İkirəqəmli inflyasiya ərzağın 60%-dən çox bahalaşması hesabına formalaşıb"

Cari ilin ötən dövründə Azərbaycanda ikirəqəmli inflyasiya əsasən ərzağın 60%-dən çox bahalaşması hesabına formalaşıb.

Reyting.az
xəbər verir ki, bunu baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, qlobal inflyasiya mühiti üzrə əsas risklər, xarici xərc amilləri inflyasiyanı artıran əsas səbəblərdir:

“Son dövrlərdə müşahidə olunan regional və qlobal geosiyasi gərginlik, Rusiya və Ukrayna arasında hərbi münaqişə və bununla əlaqədar tətbiq olunan genişmiqyaslı iqtisadi sanksiyalar, qlobal istehsal-təchizat zəncirində qırılmalar, yüksək enerji qiymətləri, həmçinin daşınma və logistika xərclərinin yüksəlməsi dünya ərzaq qiymətlərinin bahalaşmasına, ərzaq qıtlığına, əksər ölkələrdə inflyasiyanın ikirəqəmli səviyyəyə çatmasına səbəb olub. Yüksək inflyasiya fonunda qlobal artım sürətinin zəifləməsi dünya iqtisadiyyatını tənəzzül ilə üz-üzə qoyur. Bir sözlə, qlobal inflyasiya mühiti üzrə əsas risklər, xarici xərc amilləri inflyasiyanı artıran əsas səbəblərdir. Qlobal iqtisadiyyata inteqrasiya etmiş Azərbaycan da inflyasiya təzyiqləri ilə üzləşir. Cari ilin ötən dövründə idxal qiymətlərinin illik artım tempi 22 % təşkil etmiş və ölkəmizdə də orta illik inflyasiya ikirəqəmli olub (13,8 %)”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər