18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Türkmənistan qazının Avropaya nəqli üçün İşçi Qrup yaradılacaq - Nazir
Tarix: 14-12-2022 14:21 | Bölmə: İqtisadiyyat
Türkmənistan qazının Avropaya nəqli üçün İşçi Qrup yaradılacaq

Türk Dövlətləri Təşkilatı əməkdaşlığımızın ən vacib formatıdır. Digər tərəfdən, Azərbaycan ilə fərqli mexanizmlər çərçivəsində effektiv addımlar atırıq.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan, Türkiyə və Türkmənistan Zirvə görüşünün nəticələrinə dair mətbuat konfransında bildirib.

O qeyd edib ki, energetika üç ölkə arasında əməkdaşlığın vacib hissəsidir:

“Azərbaycan təbii qazını Cənubi Qaz Dəhlizi və TANAP vasitəsi ilə Avropaya nəql edirik. Türkmənistan təbii qazı məsələsində də üç ölkənin xeyrinə olacaq şəkildə ortaq addımlar atmağa hazırıq və bununla bağlı İşçi qrupu yaratmaq qərarını verdik. Bu gün enerji sahəsində əməkdaşlığa dair imzaladığımız anlaşma memorandumu da lazımi çərçivəni yaradır”.




Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}