20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
"Bayraktar" PUA-larının istehsalçısı Azərbaycanda fəaliyyətə başlayır
Tarix: 26-12-2022 13:13 | Bölmə: İqtisadiyyat
"Bayraktar" PUA-larının istehsalçısı Azərbaycanda fəaliyyətə başlayır

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Bayraktar Teknoloji Azərbaycan" MMC-ni dövlət qeydiyyatına alıb.

Reyting.az
xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən bildiriblər.

Məlumata görə, yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, nizamnamə kapitalı 1,7 milyon manat, qanuni təmsilçisi isə Türkiyənin “Baykar Makina” şirkətinin sahə koordinatoru Hüseyn Topuzdur.

Xatırladaq ki, “Baykar Makina” "Bayraktar" pilotsuz uçuş aparatlarının (PUA) istehsalı ilə məşğuldur. Azərbaycan Ordusunun 2020-ci ildəki Vətən müharibəsində geniş tətbiq etdiyi bu PUA-ların yaradıcısı Selçuk Bayraktardır. O, həm də “Baykar Savunma” şirkətinin texniki direktorudur.(Report)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər