Ruslar kütləvi şəkildə Türkiyədə daşınmaz əmlak alır
Tarix: 17-01-2023 10:15 | Bölmə: İqtisadiyyat
Ruslar kütləvi şəkildə Türkiyədə daşınmaz əmlak alır

İmkanlı rusiyalılar Türkiyənin kurort şəhərlərində daşınmaz əmlak uğrunda öz aralarında yarışa giriblər.

Reyting.az
Türkiyənin “Best House Alanya” əmlak agentliyinə istinadla xəbər verir ki, 2022-ci ilin yekunlarına əsasən, zəngin rusiyalılar tərəfindən Alanya şəhərindəki mənzillərə olan tələbat 31,65 faiz artıb.

Rusların məşhur kurort şəhərində daşınmaz əmlaka marağının kütləvi şəkil artdığına diqqəti çəkən agentliyin ekspertlərinin məlumatına görə, şimallı alıcıların maraqlarının pik həddi 2022-ci ilin oktyabr ayına təsadüf edib. Həmin ayda agentliyə mənzil əldə etmək üçün müraciətlərin sayı orta aylıq göstəricini 38,03 faiz üstələyib. Bu artım 2021-ci ilin orta aylıq parametrlərini 81,72 faiz geridə qoyub.

Elxan KAMAL
Reyting.az




Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}