Bakı-Astana təyyarə reysi bərpa olunur
Tarix: 18-01-2023 08:47 | Bölmə: İqtisadiyyat
Bakı-Astana təyyarə reysi bərpa olunur

Cari ilin martın 16-dan etibarən Bakı-Astana-Bakı birbaşa təyyarə reyləri işə düşəcək.

Reyting.az
xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC məlumat yayıb.

“Aviareyslər həftədə iki dəfə - bazar ertəsi və cümə axşamı yerinə yetiriləcək. Uçuş 3 saat 15 dəqiqə çəkəcək”,- AZAL-dan bildiriblər.

Bir qədər əvvəl məlumat verilmişdi ki, “Qazaq Air” 2022-ci ilin iyulundan Aktobe və Bakı şəhərləri arasında təyyarə reysinin buraxılmasını planlaşdırır.

V. QULİYEV
Reyting.az




Bölməyə aid digər xəbərlər
17-04-2025, 15:03 ARDNF-in aktivləri artıb
8-04-2025, 11:53 Çin ABŞ-a meydan oxuyur