20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Dünya bazarında neft bahalaşır, təbii qaz isə...
Tarix: 21-01-2023 10:29 | Bölmə: İqtisadiyyat
Dünya bazarında neft bahalaşır, təbii qaz isə...

Dünya bazarında neftin qiymətində artım müşahidə olunur. Reyting.az-ın məlumatına görə, ICE London qitələrarası birjasındakı ticarət əməliyyatları zamanı “Brent” neftinin ixracına dair 2023-cü ilin mart müqaviləsinin dəyəri 1,74 faiz artaraq, 1 barelə görə 87,66 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin martında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 1,37 faiz artaraq, 81,96 dollara çatıb.

Dünya bazarında "Azeri Light" (CIF) markalı neft də bahalaşıb.

Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları və ya 1,33 faiz artaraq, 89,91 dollar olub.

Neftdən fərqli olaraq təbii qazın qiyməti enib. Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb.

Fevralda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 4,31 faiz azalaraq, 3,134 ABŞ dolları təşkil edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər