20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Xadimə, bağban, gözətçi və fəhlələrin maaşları artırılıb - Qərar
Tarix: 21-01-2023 12:31 | Bölmə: İqtisadiyyat
Xadimə, bağban, gözətçi və fəhlələrin maaşları artırılıb

Dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (qeydiyyatçı, nəzarətçi, təsərrüfat işçisi, xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) maaşları artırılıb.

Reyting.az
xəbər verir ki, Baş nazir Əli Əsədovun qərarına əsasən, onların aylıq vəzifə maaşları 2023-cü il yanvarın 1-dən aşağıdakı məbləğdə müəyyən edilib:


Aylıq vəzifə maaşının məbləği

1. Ali kateqoriya dövlət orqanlarında - 400 manat

2. 1-ci kateqoriya dövlət orqanlarında - 385 manat

3. 2-ci və 3-cü kateqoriya dövlət orqanlarında - 365 manat

4. 4-cü və 5-ci kateqoriya dövlət orqanlarında - 345 manat

Qeyd olunan işçilərin mükafatlandırılması məqsədilə hər il növbəti il üçün təsdiq edilən dövlət büdcəsində onların çalışdıqları dövlət orqanlarında həmin işçilər üçün müəyyən olunmuş aylıq vəzifə maaşının 3 misli həcmində əlavə vəsait nəzərdə tutulur.

Bu Qərar 2023-cü il yanvarın 1-dən tətbiq edilir.

Qeyd edək ki, daha əvvəl onların aylıq vəzifə maaşının məbləği aşağıdakı kimi olub:

Aylıq vəzifə maaşının məbləği

1. Ali kateqoriya dövlət orqanlarında - 370 MANAT

2. 1-ci kateqoriya dövlət orqanlarında - 355 manat

3. 2-ci və 3-cü kateqoriya dövlət orqanlarında - 335 manat

4. 4-cü və 5-ci kateqoriya dövlət orqanlarında - 315 manat




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər