20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Deputat: "İşçilərin əmək hüququ ilə bağlı şikayətlər artıb"
Tarix: 23-01-2023 11:37 | Bölmə: İqtisadiyyat
Deputat: "İşçilərin əmək hüququ ilə bağlı şikayətlər artıb"

Milli Məcəlləsin Əmək və sosial siyasət komitəsinin sədri bu gün rəhbərlik etdiyi komitənin iclasında maraqlı çıxış edib.

Reyting.az
xəbər verir ki, saxta pensiya təyinatları və artıq pensiya hesablamalarına toxunan komitə sədrinin sözlərinə görə, bu hallar əvvəlki illərdə daha çox olub:

"2020-ci ildən sonra səhv ödəmələrlə bağlı göstəricilər cüzi olub. Biz “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik etməklə pensiya amnistiyası tətbiq etdik. Bu amnistiya vətəndaşları xeyli yükdən azad edəcək”.

Deputat daha sonra deyib ki, Azərbaycan prezidentinin sərəncamı ilə sahibkarlıq subyektlərində yoxlamalar müəyyən müddətə dayandırılıb, bu da sahibkarlığın inkişafı ilə əlaqəlidir: "Lakin bizə müəyyən şikayət ərizələri və müraciətlər daxil olur ki, işçilərin əmək hüququnun qorunması, o cümlədən əməyin mühafizəsi, təhlükəsizlik qaydalarının pozulması nəticəsində xəsarətlər, ölüm halları baş verir. Bunların araşdırılması, lazım gələrsə qanunvericiliyə müvafiq dəyişikliklərin təklif olunması məqsədilə dinləmələrin keçirilməsi faydalı olar".

E.ARAZ




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər