Nəhəng aviaşirkət Ukraynaya qayıtmağa hazırlaşır
Tarix: 30-01-2023 18:27 | Bölmə: İqtisadiyyat
Nəhəng aviaşirkət Ukraynaya qayıtmağa hazırlaşır

Avropanın ən böyük aviaşirkəti “Ryanair” Ukraynanın Rusiya üzərində qələbəsindən dərhal sonra Ukraynaya qayıtmaq niyyətindədir.

Reyting.az
xəbər verir ki, bunu “Ryanair”in baş direktoru Maykl O'Liri bildirib.

“Reuters”in məlumatına görə, M. O'Liri deyib ki, aviaşirkət hazırda müharibə bitdikdən sonra ölkəyə qayıtmağa hazır olmaq üçün ukraynalı pilotları və stüardessaları işə götürür.

Baş direktor əlavə edib ki, Ukraynaya təhlükəsiz olan kimi ora qayıtmaq əzmindəyik: “Biz kifayət qədər ukraynalı pilotları və kabin heyətini işə götürürük ki, əgər təhlükəsiz olarsa, Ukraynada bazalarımızı bərpa edə bilək”.

ELÇİN
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}