20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Deputatlar işçilərin əməyinin mühafizəsi ilə bağlı dəyişikliyə "hə" deyib
Tarix: 01-02-2023 12:49 | Bölmə: İqtisadiyyat
Deputatlar işçilərin əməyinin mühafizəsi ilə bağlı dəyişikliyə "hə" deyib

Milli Məclis işçilərin əməyin mühafizəsi tədbirlərinin maliyyələşdirilməsi ilə bağlı heç bir xərc çəkməməsi ilə bağlı dəyişiklik layihəsini birinci oxunuşda təsdiq edib.

Reyting.az
xəbər verir ki, Əmək Məcəlləsinə təklif edilən dəyişiklik layihəsi parlamentin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Bildirilib ki, Beynəlxalq Əmək Təşkilatının “Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında” 1981-ci il tarixli 155 nömrəli Konvensiyasının 21-ci maddəsinə əsasən əməyin təhlükəsizliyi və gigiyenası üzrə tədbirlər işçilər üçün hər hansı bir xərci özündə ehtiva etmir.

Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması ilə bağlı mümkün xərclərin çəkilməsindən işçilərin qorunması sahəsində sözügedən Konvensiyanın 21-ci maddəsinin bütövlüklə tətbiqi milli qanunvericiliklə tam təmin edilmədiyindən Əmək Məcəlləsində dəyişiklik edilməsi zərurəti yaranıb. Yuxarıda qeyd olunanların tənzimlənməsi məqsədi ilə hazırlanmış qanun layihəsi Əmək Məcəlləsinin 220-ci maddəsinə yeni 6-cı hissənin əlavə edilməsini nəzərdə tutur.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər