SOCAR istiqraz sahibləriinə ödəniş edib
Tarix: 01-02-2023 15:01 | Bölmə: İqtisadiyyat
SOCAR istiqraz sahibləriinə ödəniş edib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazlarının sahiblərinin hesablarına bu gün 1 milyon 125 min ABŞ dolları dəyərində növbəti kupon ödənişi köçürülüb.

Reyting.az
xəbər verir ki, nominal qiyməti 1 000 ABŞ dolları, tədavül müddəti 5 il, illik gəlirliliyi 4,5 % olan SOCAR istiqrazları üzrə kupon gəlirləri rüblük qrafiklər əsasında ödənilib.

Xatırladaq ki, 5 illik tədavül müdddətinin sonunda investorlara cəmi ödəniləcək qazanc məbləği 22,5 milyon ABŞ dolları təşkil edəcək.




Bölməyə aid digər xəbərlər
17-04-2025, 15:03 ARDNF-in aktivləri artıb
8-04-2025, 11:53 Çin ABŞ-a meydan oxuyur