ABŞ yeni sanksiya qərarı verib
Tarix: 01-02-2023 20:43 | Bölmə: İqtisadiyyat
ABŞ yeni sanksiya qərarı verib

ABŞ hakimiyyəti müxtəlif ölkələrdən olan 22 şəxs və şirkətə qarşı yeni sanksiyalar tətbiq edib. Vaşinqtonun fikrincə, onlar Rusiyaya qarşı sanksiyalardan yan keçmək cəhdlərində iştirak edirlər.

Reyting.az
xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Maliyyə Nazirliyinin rəhbəri Ukraynada nizamlanmadan sonra Rusiya Federasiyasına qarşı sanksiyaların davam etdirilməsinə icazə verib.

Məlumata görə, xüsusilə Bolqarıstan, İsrail, Kipr, Latviya və Sinqapurdan olan təşkilatlar “qara siyahı”ya salınıb. Onlar elektron hesablama avadanlığı, müdafiə inkişafı, ticarət və tikinti ilə bağlıdır.

ARAZ




Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}