Rusiyaya qarşı yeni sanksiyalar hazırlanır
Tarix: 20-02-2023 00:04 | Bölmə: İqtisadiyyat
Rusiyaya qarşı yeni sanksiyalar hazırlanır

ABŞ prezidenti Co Bayden administrasiyası Rusiya Federasiyasına qarşı yeni sanksiyalar və ixraca nəzarət tədbirləri tətbiq etməyi planlaşdırır. Bu tədbirlər Rusiyanın enerji sektorunu və hərbi-sənaye kompleksini əhatə edəcək. Reyting.az xəbər verir ki, bu barədə “Bloomberg” öz mənbələrinə istinadla məlumat yayıb.

Bildirilir ki, məhdudlaşdırıcı tədbirlər Rusiya Federasiyasının müdafiə və enerji sektorlarına, maliyyə qurumlarına və bir sıra fiziki şəxslərinə təsir edəcək.

ABŞ-ın sanksiyalar rejimindən yan keçmə cəhdlərinə və üçüncü ölkələr tərəfindən Rusiyaya yardım göstərənlərə qarşı da tədbirlərin görüləcəyi gözlənilir.

Bundan əvvəl ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland bildirmişdi ki, ABŞ və onun “Yeddilik” qrupundakı tərəfdaşları Ukraynada xüsusi hərbi əməliyyatın başlanmasının ildönümündə Rusiyaya qarşı müntəzəm məhdudiyyətlər tətbiq etmək niyyətindədirlər. Nulandın sözlərinə görə, sanksiyalar Rusiya müdafiə sənayesindən texnologiyaların, eləcə də yüksək texnologiyalı avadanlıqların tədarükünün məhdudlaşdırılması baxımından gücləndiriləcək və genişləndiriləcək.

ELÇİN




Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}