Rusiya-Türkiyə danışıqları başlayacaq
Tarix: 20-02-2023 10:59 | Bölmə: İqtisadiyyat
Rusiya-Türkiyə danışıqları başlayacaq

Rusiya və Türkiyə yaxın vaxtlarda ən yüksək səviyyədə taxıl sazişini müzakirə edə bilər. Reyting.az-ın xəbərinə görə, bu barədə “RİA Novosti”yə sövdələşmə üzrə danışıqlardan xəbəri olan mənbə məlumat verib.

Danışıqlar üçün hələlik dəqiq tarix müəyyənləşməsə də, mənbə əlavə edib ki, BMT və Türkiyə Rusiya kənd təsərrüfatı məhsulları və ammonyakın bazarlara çıxarılmasına maneələrin aradan qaldırılması üzərində işləyir.

Xatırladaq ki, Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan taxıl sazişi Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur. İstanbuldakı Birgə Koordinasiya Mərkəzi isə gəmilərin hərəkətinin koordinasiyasına cavabdehdir.

Müqavilənin müddəti 18 noyabr 2022-ci ildə başa çatsa da, tərəflərdən hər hansı biri etiraz etmədiyi təqdirdə 120 gün müddətinə avtomatik uzadılmasını nəzərdə tuturdu. Rusiya Xarici İşlər Nazirliyi “belə etirazların alınmadığını” bildirib, eyni zamanda qeyd edib ki, Rusiya tərəfi Ukrayna taxılının ixracı üçün “Qara dəniz təşəbbüsü”nün müddət və həcmdə heç bir dəyişiklik olmadan texniki uzadılmasına icazə verir.

Eyni zamanda, BMT-dən Rusiya ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılacağına dair təminatlar var idi.

ELÇİN




Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}