20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Fransa “Qazprom”u cərimələtmək istəyir
Tarix: 21-02-2023 13:34 | Bölmə: İqtisadiyyat
Fransa “Qazprom”u cərimələtmək istəyir

Fransanın enerji şirkəti “Engie” "Qazprom Eksport" MMC-yə qarşı arbitraj işi başladıb.

Reyting.az
Rusiyanın “İnterfaks” agentliyinə istinadla bildirir ki, 2022-ci ilin dördüncü rübünün əvvəlində başlayan prosesdə "Qazprom Eksport"un xüsusilə uzunmüddətli müqavilələr əsasında qaz tədarükü üzrə öhdəliklərin yerinə yetirilməməsinin tanınması tələb olunur.

“Engie” müqavilə üzrə cərimələrin ödənilməsini və “Qazprom”un müqavilələrə əməl etməməsi nəticəsində dəymiş itkilərin ödənilməsini tələb edir.

Sənəddə qeyd olunur ki, bu arbitraj proseduru 2022-ci ilin iyun ayının ortalarına qədər “Qazprom Export”un “Engie”yə tədarükündə əhəmiyyətli çatışmazlıqla bağlıdır: “Bunun ardınca 2022-ci ilin yayının sonunda “Qazprom Export” tərəfindən tərəflər arasında fikir ayrılıqları səbəbindən “Engie”yə tədarükün azaldılması ilə bağlı birtərəfli qərarla əlaqədardır”.

Qeyd edək ki, “Engie” Fransanın enerji sənayesi qrupudur. 2015-ci il neft istisna olmaqla, enerji sektorunda üçüncü ən böyük qlobal qrup olub. Onun əsas səhmdarı kapitalın 23,64 faizinə və səsvermə hüququna 33,84 faizinə sahib olan Fransa dövlətidir.

2022-ci il sentyabrın 1-dən etibarən “Qazprom” iyul tədarükünün tam ödənilməməsi səbəbindən “Engie”yə qaz nəqlini dayandırıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər