Astana Transxəzər nəqliyyat marşrutunu müzakirə edib
Tarix: 03-03-2023 09:49 | Bölmə: İqtisadiyyat
Astana Transxəzər nəqliyyat marşrutunu müzakirə edib

Qazaxıstan hökuməti Transxəzər nəqliyyat dəhlizinin inkişaf perspektivlərinə dair müşavirə keçirib. Reyting.az yerli media portallarına istinadla xəbəbr verir ki, bu məsələ Qazaxıstanın baş naziri Alixan Smailovun sədrliyi ilə keçirilən hökumətin iclasında müzakirə olunub.

Hökumətin mətbuat xidmətinin yayığı məlumatda deyilir ki, adı çəkilən nəqliyyat marşrutunun Qazaxıstana aid hissəsində aparılan fəal işlər sayəsində respublika ərazisindən tranzit yüklərin keçmə müddəti ötən illə müqayisədə iki dəfə azalaraq, 12 gündən 6 günə enib.
Bununla yanaşı, 2023-cü ilin sonuna qədər bu göstəricinin 5 günə çatdırılması planlaşdırılır.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}