20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
İngiltərə Rusiya və Çin təhlükəsinə görə hərbi büdcəni artırır
Tarix: 13-03-2023 15:15 | Bölmə: İqtisadiyyat
İngiltərə Rusiya və Çin təhlükəsinə görə hərbi büdcəni artırır

İngiltərə hökuməti “Rusiya və Çindən gələn təhdidləri” əsas gətirərək Müdafiə Nazirliyinə 2024-2025-ci illəri əhatə edən 5 milyard funt sterlinqlik müdafiə büdcəsinin ayrılacağını açıqlayıb. Reyting.az xəbər verir ki, bunu Böyük Britaniyanın baş nazirinin ofisi bəyan edib.

“Növbəti iki il ərzində əsas sursat ehtiyatlarının artırılması və dəstəklənməsi, Böyük Britaniyanın nüvə təşəbbüsünün modernləşdirilməsi və AUKUS sualtı proqramının növbəti mərhələsinin maliyyələşdirilməsi üçün Müdafiə Nazirliyinə əlavə 5 milyard funt sterlinq veriləcək”,- açıqlamada qeyd edilib.

Baş nazir Sunak verilən qərarın səbəbi kimi ÇİN və Rusiyanı göstərib. Bildirilir ki, bu, təhlükələrlə birbaşa mübarizə aparmaq üçün bir sıra prioritetləri müəyyən edir: “Bu, ilk növbədə, Rusiyanın Avropa təhlükəsizliyi üçün yaratdığı risklə mübarizə aparmaq üçündür”.

Qeyd olunur ki, Böyük Britaniya Çin Kommunist Partiyasının getdikcə həyəcanlandıran hərbi, maliyyə və diplomatik fəaliyyətinin yaratdığı problemə cavab vermək üçün Çinə yanaşmasını da uyğunlaşdıracaq.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər