07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
“AzerGold” qızıl hasilatını artırıb - Foto
Tarix: 14-03-2023 17:16 | Bölmə: İqtisadiyyat
“AzerGold” qızıl hasilatını artırıb

“AzerGold” ötən il yataqların mineral-xammal resurslarından istifadənin səmərəliliyinin yüksəldilməsi və istehsalat proseslərinin optimallaşdırılması üzrə fəaliyyətini uğurla davam etdirib.

Bu barədə Reyting.az-a “AzerGold” QSC-dən bildiriblər.

Hesabat ilində hasilat göstəriciləri 62.1 min unsiya qızıl, 223.1 min unsiya gümüşə çatdırılıb. Beləliklə, 2021-ci illə müqayisədə 2022-ci ildə qızıl hasilatı 524 unsiya (0.9%), gümüş hasilatı isə 88.6 min unsiya (65.9%) çox olub.

2017-2022-ci illər üzrə cəmi göstərici 318 min unsiya qızıl və 711 min unsiya gümüş təşkil edib.

2023-cü ildə 62.5 min unsiya qızıl, 108.3 min unsiya gümüşün hasil edilməsi hədəf seçilib.



Reyting.az




Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}