20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
İlham Şaban: "Azərbaycan üzərindən neft daşınması artır"
Tarix: 28-03-2023 13:32 | Bölmə: İqtisadiyyat
İlham Şaban: "Azərbaycan üzərindən neft daşınması artır"
İlham Şaban

Dünən Aktau terminalından 9.959 ton “Tengiz” nefti Səngəçal istiqamətində və daha sonra Azərbaycanın əsas ixrac boru kəməri olan BTC ilə Ceyhana çatdırılmaq üçün “Prezident Heydər Əliyev” tabkerinə yüklənib.

Bunu Reyting.az-a neft sahəsi üzrə ekspert İlham Şaban deyib.

Onun sözlərinə görə, bu həftə “Tengiz” yatağından Bakı istiqamətində daha 10 min ton neft yüklənəcək. Apreldə isə ”Tengiz” layihəsindən BTC ilə daşıma üçün 120 min ton neft sifarişi qəbul edilib.

İlham Şaban bildirib ki, bu da son deyil:

“Martın 23-də Qazaxıstanın “Kaşağan” yatağından BTC ilə daşınmaq üçün ilk sınaq nefti Aktau terminalında “Akademik Xoşbəxt Yusifzadə” tankerinə yüklənib.

Adətən Aktau limanından “Azərtrans”ın Səngəcaldakı terminalına tankerlər hava şəraitindən asılı olaraq yolu 4-5 günə qət edir.

Qısası, neft tranzitimiz artır".

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər