20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Ədalət Abdinov: "Rusiyanın Qərblə neft müharibəsi ikinci mərhələyə keçib"
Tarix: 29-03-2023 09:28 | Bölmə: İqtisadiyyat
Ədalət Abdinov: "Rusiyanın Qərblə neft müharibəsi ikinci mərhələyə keçib"

"Rusiya Qərblə neft müharibəsində ikinci mərhələyə qədəm qoyub. O, ABŞ və Avropa İttifaqının qadağası səbəbindən azalan neft tədarükünü uğurlu nəticələrə yönləndirə bilib. Satışlarda azalma olmayıb və hazırda ixrac Asiya, Afrika, Latın Amerikası və Yaxın Şərq ölkələrinədir. Keçən il təkcə Hindistana ixrac 22 dəfə artıb".

Reyting.az
xəbər verir ki, bunu Azərbaycan Kommunist Partiyasının rəhbəri Ədalət Abdinov deyib.

Onun sözlərinə görə, Qərb Rusiyanın neft ticarətini pozmağa çalışır. 2022-ci il dekabrın 5-dən Avropa İttifaqı dəniz yolu ilə nəql edilən Rusiya neftininin qəbulunu dayandırıb, G7 ölkələri, Avstraliya və Avropa İttifaqı isə dəniz nəqliyyatı zamanı barel üçün 60 dollar səviyyəsində qiymət limiti tətbiq edib. Lakin belə bir ağır şəraitdə Moskva nəinki ixrac həcmini qoruyub, bunu hətta artıra bilib”,- Ə. Abdinov əlavə edib.

Partiya rəhbəri diqqətə çatdırıb ki, Rusiya ixrac həcmini kifayət qədər sürətlə inkişaf etdirə bilib:

“Ötən il dekabrın 5-də, son sanksiyaların qüvvəyə mindiyi zaman azalma bir neçə həftə çəkdi. Sonra yanvar ayında ixracı bərpa etdilər, yanvar-fevral aylarında hətta tədarüklərin həcmində artım oldu. Rusiya tez bir zamanda sanksiyaların tətbiqindən əvvəlki göstəricilərə qayıtdı.

Belə kəskin dönüş üçün Rusiya yanacaq satışından əldə etdiyi gəliri müvəqqəti qurban verməli olub. Moskva yeni bazarları fəth etmək və köhnə təchizatçıları sıxışdırmaq üçün təsirli endirimlər etməyə başladı. Bu, ən qısa müddətdə edildi. Çünki Rusiyanın təklifi daha cəlbedici oldu və müştərilər nefti ondan almağa başladı”.

Ə. Abdinov qeyd edib ki, Rusiya artıq Qərblə neft müharibəsində ikinci mərhələyə keçib və Rusiya Federasiyası üçün növbəti addım sanksiyalardan əvvəlki gəlirlərin qaytarılması olacaq:

“Moskva bunu iki yolla edir.

Birincisi, Rusiya neftinə endirimin tədricən azaldılmasıdır. Rusiya bu endirimin məbləğini azaltmağa çalışır. Pul ifadəsində ixracın bərpa dövrü indi də davam edir. Rusiya ixracın marjinallığını artırmağı öz qarşısında vəzifə qoyub. 2023-cü ilin sonuna qədər endirim tədricən azalacaq.

İkinci yol neftin çatdırılma dəyərinə aiddir. Rusiya neft tankerlərinin sayını artırmağa davam edir. Bu gəmilərin sayı nə qədər çox “qara qızıl”ın daşınması ilə məşğuldursa, onların yükünün dəyəri bir o qədər aşağı olur və bu, neft ixracının marjasını artırır".

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər