Putin: “Məhdudiyyətlər mənfi nəticələr verə bilər”
Tarix: 29-03-2023 18:03 | Bölmə: İqtisadiyyat
Putin: “Məhdudiyyətlər mənfi nəticələr verə bilər”

“İnkişaf trayektoriyasına qayıdış bizi rahatlaşdırmamalı, iqtisadiyyatımızdakı müsbət tendensiyaları dəstəkləməli, gücləndirməli, səmərəliliyini artırmalı, texnoloji, kadr və maliyyə suverenliyini təmin etməli, lazımsız bürokratiya və ləngimələrə yol vermədən, operativ hərəkət etməliyik”. Reyting.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Nazirlər Kabinetinin üzvləri ilə görüşdə deyib.

Dövlət başçısının sözlərinə görə, ortamüddətli perspektivdə Rusiya iqtisadiyyatına qarşı tətbiq edilən qeyri-qanuni məhdudiyyətlər mənfi nəticələr verə bilər.

Onun sözlərinə görə, daxili tələbatın davamlı artımını təmin etmək lazımdır. Çünki bu, indiki şəraitdə iqtisadi artımın aparıcı amilinə çevrilir, ön plana çıxır.

Putin qeyd edib ki, daxili tələbin dinamikası Rusiya Bankının inflyasiya hədəflərinə uyğun olmalıdır: “Ya onun sürətlənməsinin, ya da həddindən artıq ləngiməsinin qarşısını almaq vacibdir".

Putin xatırladıb ki, Rusiya iqtisadiyyatı sürətlə inkişaf edən Şərq və Cənub ölkələri ilə əlaqələrin fəal inkişafı hesabına ötən ilin iyulundan müsbət dinamika nümayiş etdirir.

E. KAMAL
Reyting.az




Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}