20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Samir Əliyev: “Neft pulu bitəndən sonra...”
Tarix: 30-03-2023 21:56 | Bölmə: İqtisadiyyat
Samir Əliyev: “Neft pulu bitəndən sonra...”

"İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yeni inzibati binası istifadəyə verilib. Qiyməti barədə məlumat olmasa da, görünüşündən və göstəricilərindən təxmin etmək olar ki, çox bahalı binadır. Belə binaya nə ehtiyac olduğunu soruşsan, yüz səbəb gətirərlər. Əməkdaşlarının sayının çoxluğundan tutmuş səmərəli enerji sərfiyyatının tənzimlənməsinə, əhaliyə sürətli və keyfiyyətli xidmət göstərməyə qədər.

Sual versən ki, dünyanın inkişaf etmiş ölkələrində fəaliyyət göstərən analoji qurumun inzibati binası ilə müqayisə etsək hansından geri qalar? Məlum olar ki, hamısını üstələyir, özü dəfə dəfələrlə".

Bunu Reyting.az-a iqtisadçı Samir Əliyev deyib.

S. Əliyev diqqətə çatdırıb ki, son illər bahalı inzibati binaların tikintisi dəb alıb:

"İşğaldan azad olunmuş ərazilərin pula ehtiyacı olduğu bir vaxtda niyə belə səxavət göstərirsiz? Axı, sabah həmin binaların saxlanma xərcləri var, bunu düşünüblərmi? Yoxsa bunu xidmət haqlarını artırmaqla əhalinin belinə yükləmək istəyirlər? Necə ki "Azərsu"yun bahalı binası tariflərin artırılmasını zəruri edir".

İqtisadçı əlavə edib ki, dövlətin iqtisadiyyatda rolunun azaldılmasının vacibliyindən danışıldığı bir vaxtda hökumət qurumları üçün bahalı inzibati binalar tikilir:

“Digər məsələ binaların üz örtüyünün şüşədən olmasıdır. Bakı küləklər şəhəridir və şəhər daim toz olur. Bunu avtomobil sahibləri maşınlarını yuduqdan 2 dəq sonra, ev xanımları balkonları yuduqdan bir neçə dəqiqə sonra görürlər. Hərdən Heydər Əliyev prospekti ilə “Koroğlu” metrostansiyasına tərəf gedəndə yol qırağındakı şüşəli binalara baxın. Necə də çirkli görünürlər. Bu çirkli binaları yumaq çoxlu vəsait tələb edir. Heç olmasa, dövlət büdcəsini formalaşdıran, dövlət qurumlarına pul ayıran Maliyyə Nazirliyinin inzibati binasına baxıb görünüş və ölçü baxımından nümunə götürmək yaxşı olardı. Sadəcə, sabah neft pulu bitəndə həmin binaları necə saxlamaq barədə düşünmək lazımdır".

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər