20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Avtomobillərlə bağlı qadağaya səbəb nədir?
Tarix: 31-03-2023 11:08 | Bölmə: İqtisadiyyat
Avtomobillərlə bağlı qadağaya səbəb nədir?

İstehsal müddəti 10 ildən çox olan avtomobillərin Azərbaycana idxalına qadağanın 2 əsas səbəbi var. Birinci səbəb iqtisadiyyata buraxılmış neft-qaz pullarının xaricə çıxarılmasıdır.

Reyting.az
xəbər verir ki, bunu REAL Partiyasının sədri İlqar Məmmədov deyib.

Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatının neft-qazdan aşırı asılılığı hökuməti məcbur edir ki, maliyyə sızıntısını mümkün qədər azaltsın.

İ. Məmmədov digər səbəb kimi Davos Forumunun proqramına uyğunlaşmanı göstərir:

"Davosçular dünyada avtomobil sahibliyinə son qoymağa çağırır. Guya ekoloji səbəblərdən, amma əslində başqa məqsədlə. Bunun üçün Davos dünya mediasında təbliğat da qurub, amma hələlik bacarmır. Azərbaycan rəhbərliyi isə bir çox məsələlərdə olduğu kimi, Davosu “yola verməyə” çalışır".

REAL sədri əlavə edib ki, maşın bazarının tənzimlənməsinə dar sektor bucağından baxış nə baş verdiyini anlamağa imkan yaratmayacaq. İ. Məmmədovun fikrincə, ölkəmizdə iqtisadi-siyasi sərbəstlik olsaydı, hökumət bu sahəni tamamən başqa maraqlara əsasən tənzimləyər və hər kəs də razı qalardı.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər