20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Azərbaycanda avtobus və yük maşınları ilə bağlı vəziyyət acınacaqlıdır
Tarix: 11-04-2023 13:17 | Bölmə: İqtisadiyyat
Azərbaycanda avtobus və yük maşınları ilə bağlı vəziyyət acınacaqlıdır

"Nazirlər Kabinetinin 94 saylı Qərarı ilə aprel ayının 28-dən etibarən yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycan ərazisinə gətirilməsi qadağan ediləcək. Bu Qərar istər-istəməz diqqəti ölkədə avtomobil parkının yaşına yönəldir. Məlum olur ki, yaşı 10-dan çox olan maşınların sayı və payı sürətlə artır. Xüsusilə də devalvasiya bu prosesə öz təhfəsini verib".

Bunu Reyting.az-a iqtisadçı Samir Əliyev deyib.

Onun sözlərinə görə, 2014-cü ildə minik maşınlarının 62 faizinin yaşı 10 ildən çox olduğu halda 2021-ci ildə 80,2 faizə, 2022-ci ildə 83,1 faizə yüksəlib. Yaşı 5 ildən az olan maşınların payı isə 17 faizdən 4,7 faizə düşüb.

S. Əliyev diqqətə çatdırıb ki, devalvasiyadan əvvəl hər 6-cı maşın yeni olduğu halda 2021-ci ildə hər 21-ci maşının yeni olub. Hər 10 maşının 8-nin isə yaşı 10 ildən çoxdur.

İqtisadçı əlavə edib ki, avtobuslarda və yük maşınlarında vəziyyət daha acınacaqlıdır.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər