20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
İqtisadçı: “Hökumət papağını qarşısına qoyub fikirləşsin ki...”
Tarix: 12-04-2023 17:48 | Bölmə: İqtisadiyyat
İqtisadçı: “Hökumət papağını qarşısına qoyub fikirləşsin ki...”
Natiq Cəfərli

“İşğaldan azad edilmiş şəhər və kəndlərimizə qayıdış proqramı zaman-zaman müzakirəyə çıxarılır. İctimai müzakirələrin olması vacibdir. Bu gün də Füzulidə Şəhərsalma Məsələləri üzrə İşçi Qrupun iclası keçirilib, bəzi açıqlamalar verilib. Məsələn, "Füzuli şəhəri işgüzar mərkəzə çevriləcək", “Füzuli şəhərinin əhalisi 50 000 nəfərə çatacaq”, “Yaxın 3 ildə Füzulidə 6 minə yaxın ev tikiləcək və s.”.

Bunu Reyting.az-a iqtisadçı Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, bunlar qulağa xoş gələn bəyanatlardır, vədlərdir, amma bir nəfər səlahiyyətli şəxs çıxıb demir ki, bu hədəflərə necə nail olunacaq: “Yolu-yöntəmi necə olacaq, əhali orada hansı işi görəcək, bütün işlər ancaq büdcə hesabınamı görüləcək, iş yerləri ancaq dövlət-büdcə sektorundamı yaranacaq? Bu suallara cavab vermək üçün gərək, hökumət papağını qarşısına qoyub fikirləşsin ki, son 30 ildə işğal olunmamış ərazilərdən Bakı və Abşerona niyə 1 milyon insan köç edib. Yəni camaat Kürdəmirdən, Qaxdan, Qubadan, Astaradan, Ağcabədidən, Tovuzdan və başqa rayonlardan Bakıya niyə köç etdi?! Əgər bunun səbəbləri təhlil edilib doğru qərarlar verilməyəcəksə, kim zamanət verir ki, məsələn, Füzuliyə 2025-də köçən 2027-də Bakıya qayıtmayacaq?! Yaxşı, nədən 30 ildə, məsələn, Zaqatala işgüzar mərkəzə çevrilməyib, orda da boş qalan hava limanı var...”.

N. Cəfərlinin fikrincə, son 30 ildə aparılan yanlış regional, iqtisadi, sosial, təhsil və idarəetmə siyasətində köklü dəyişikliklər olmasa, yerli özünüidarəetmə insitutları yaradılmasa, işğaldan azad edilmiş ərazilərə köçün orqanik və qalıcı olması mümkünsüzdür.

ELÇİN





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər