20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Hökumət neftə diqqəti artırmalıdır - Ekspert
Tarix: 17-04-2023 17:42 | Bölmə: İqtisadiyyat
Hökumət neftə diqqəti artırmalıdır

"Dövlət Statistika Komitəsinin məlumatlarından çıxış etsək, deyə bilərik ki, birinci rübdə Azərbaycanda əmtəəlik maye karbohidrogen hasilatı 600 min ton azalıb. Kondensat hasilatı isə artır. Təsəvvür edin, neft hasilatında azalma necə sürətlə gedir".

Bunu Reyting.az-a neft üzrə mütəxəssis İlham Şaban deyib.

İ. Şaban əlavə edib ki, ötən il ərzində 2021-ci illə müqayisədə maye karbohidrogen hasilatı 16 mln. barel azalıb: "Yəni 2 milyon tondan çox. Amma bütün bunlar neftin yüksək qiymətləri fonunda gözə görünməyib, çünki neft gəlirlərimiz 40 faizdən çox artdı".

Mütəxəssisin sözlərinə görə, neft hasilatının azalması onun qiymətlərinin enməsi ilə üst-üstə düşəndə hökumət yəqin ki, bir iclas keçirəcək. İ. Şaban bildirib ki, artıq bu proses başlayıb:

“2023-cü ilin yanvar-martında ÜDM artımı cəmi 0,4 faiz olub, ötən il isə 4,6 faiz idi. Onu aşağı çəkən həm neft, həm də qaz qiymətlərinin ixrac bazarlarımızda azalmasından qaynaqlanır".

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər