20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Azərbaycanın valyuta ehtiyatları 62 milyard dolları ötüb
Tarix: 18-04-2023 13:17 | Bölmə: İqtisadiyyat
Azərbaycanın valyuta ehtiyatları 62 milyard dolları ötüb

Bu il aprelin 1-nə Azərbaycanın valyuta ehtiyatları 62 milyard 570,6 milyon ABŞ dolları təşkil edib.

Reyting.az
xəbər verir ki, bunun 85,4 %-i və yaxud 53 milyard 437,6 milyon ABŞ dolları Dövlət Neft Fondunun (ARDNF), 14,6 %-i və yaxud 9 milyard 133 milyon ABŞ dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.

Bu ilin I rübündə ölkənin valyuta ehtiyatları 4 milyard 541,3 milyon ABŞ dolları və yaxud 7,8 % artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 4 milyard 404 milyon ABŞ dolları və yaxud 9 %, AMB-nin valyuta ehtiyatlarında isə 137,3 milyon ABŞ dolları və yaxud 1,5 % artım olub.

Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 10 milyard 170,1 milyon ABŞ dolları və yaxud 19,4 % artıb. İl ərzində ARDNF-in valyuta ehtiyatları 8 milyard 173,6 milyon ABŞ dolları və yaxud 18,1 %, AMB-nin valyuta ehtiyatları isə 1 milyard 996,5 milyon ABŞ dolları və yaxud 28 % artım nümayiş etdirib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər